Dünyanın ən zəngin insanı olan Elon Musk, SpaceX və Tesla-dan başqa bir çox fərqli şirkətlərə sahibdir.
Bu yaxınlarda Twitter-i satın alan Maskın qurduğu təşəbbüslərdən biri də Neuralink Corp layihəsidir.
Ednews xəbər verir ki, beyin implantları hazırlayan şirkətin tezliklə insanlar üzərində sınaqlara başlayacağı açıqlanıb.
Rəsmi olaraq tibbi cihaz şirkəti olan qurum insanlardan əvvəl heyvanlar üzərində eksperimentlər aparıb.
Mətbuata sızan sənədlərə görə, şirkətin sahibi İlon Mask tez nəticə əldə etmək istədiyi üçün işlərin sürətləndirilməsini tələb edib.
Təkmilləşdirmələr sürətləndikcə isə yanlışlar artaraq çox sayda heyvanların tələfinə səbəb olub.
Ölüm iddialarından sonra, araşdırmalara başlanılıb. Belə ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin Baş Müfəttişi Neuralink-in Heyvanların Rifahı Qanununu pozduğunu bildirib.
Neuralink-in heyvan testinin "lazımsız əzablara və ölümə" səbəb olduğu iddia edilir.
Qeyd edək ki, bu qanun tədqiqat və kommersiya məhsullarının sınaqlarında istifadə edilən bəzi heyvanların müalicəsini tənzimləyir, lazımsız əzab və ya ölümə səbəb olan qeyri-insani təcrübələri qadağan edir.
Nəzrin Beydiyeva