Rusiyalı hakerlər Ukraynaya məxsus internet resurslarını hərraca çıxarıblar.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın dövlət strukturuna aid internet resurslarını ələ keçirən bir qrup hakerdən ibarət "HakNet" həmin satışdan əldə olunan pulu hərbi komissarlıqlara bağışlayacaqlarını vəd edib.
Bildirilib ki, gəlirin birinci yarısı hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara, ikinci yarısı isə rusiyalı müharibə müxbirlərinə veriləcək.
Hakerlər, həmçinin, həmin resurslara heç bir məhdudiyyət qoyulmayacağına da zəmanət verib. Hərrac 15 dekabr 2022-ci il tarixinədək davam edəcək.