"ABŞ və digər G7 ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planını dəstəkləyir.
Ednews xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink "24tv.ua"ya müsahibəsində deyib.
"ABŞ və G7 ölkələri Zelenskinin sülh planının müharibəni bitirmək üçün məqsədəuyğun plan olduğuna inanır. Bu gün Rusiya yenidən Ukrayna şəhərlərinə 70 raket atıb. İndi tam aydındır ki, ruslar müharibəni bitirmək istəmirlər. ABŞ Zelenskinin planında təklif olunan sülhü dəstəkləyir” deyə səfir qeyd edib.
Məlumat üçün bildirək ki, Zelenskinin təklifinə görə sülh üçün rus qoşunları tutduqları Ukrayna ərazilərindən çıxmalıdır.