Oktyabrın 8-də Təbrizin Şahnaz məhəlləsində saxlanılan Mehrdad Əlayi Vəli və xanımı Nəyyir Sənəndəcian Hökmabadi barəsində həbs cəzası çıxarılıb.
Ednews xəbər verir ki, bu barədə informasiya Araznews nəşrində yer alıb.
Mənbə yazır ki, onlar "qanunsuz aksiyada iştirak" ittihamına görə iki il həbs cəzasına məhkum edilməklə yanaşı, 2 il müddətinə ölkədən çıxışlarına da qadağa qoyulub.
Təbriz həbsxanasında tutulan azərbaycanlı cütlüyün barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.