Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.
Qeyd edilib ki, Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Belə ki, bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.
Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub.