Serbiyadakı Kosovo əhalisinə dəstək olmaq üçün sərhəddəki Merdare Sərhəd Qapısından 2 kilometr aralıda yola yerləşdirilən yük maşınları və traktorlarla barrikada qurulub.
Ednews xəbər verir ki, Barrikadanın ətrafına toplaşan 20 nəfərlik qrup hər iki istiqamətdə yolu bağlayıb.
Kosovo dövlət televiziyası Serbiyada sərhəd yolunun keçidlərə bağlanması səbəbindən uzun növbələrin yarandığını açıqlayıb.
Serbiya dövlət televiziyası da Serbiya istiqamətində növbənin 3 kilometri keçdiyini və Kosovo istiqamətində yeni növbə yarandığını açıqlayıb.
Kosovo Daxili İşlər Nazirliyi dünən axşam bəyanat yayaraq, Serbiyanın mərkəzi bölgələrinə səfər edən vətəndaşlarına Merdare Sərhəd Qapısı əvəzinə alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Nəzrin Eldarqızı