ABŞ-ın Men ştatında naməlum şəxs yanacaqdoldurma məntəqəsində bilet almaqla lotereyada 1,3 milyard dollar udub.
Ednews xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
ABŞ-da qüvvədə olan qaydalara əsasən, cekpotun qalibi ya uduşun vergiyə cəlb olunan hissəsini (723,5 milyon dollar) nağd şəkildə, ya da daha böyük məbləği otuz il ərzində ala bilər.