“Aviasiya haqqında” qanuna dəyişikliklər Ermənistanın Avropanın “qara siyahısı”ndan çıxmasına kömək edə bilər.
Ednews xəbər verir ki, bu fikirləri “Sputnik Armenia” nəşrinə açıqlamasında “Armavia”nın keçmiş direktoru, ekspert Norayr Beluyan səsləndirib.
Onun sözlərinə görə, sərt addımlar olmadan bunu etmək mümkün deyil:
“Pis reputasiyaya malik olan adamların hava daşımaları ilə məşğul olmasına icazə verilməməlidir, çünki onlar təkcə özünün deyil, bütün respublikanın şərəfini ləkəlir. Bu aviaşirkətlərə lisenziya verilməməlidir.
Əgər biz həqiqətən də “qara siyahı”dan çıxmaq istəyiriksə, o zaman siyasi spekulyasiyalardan çəkinməli, qanuna uyğun olaraq sərt qaydalar tətbiq etməliyik. Biz yalnız aviasiyamızı inkişaf etdirməliyik".
Xatırladaq ki, Ermənistan parlamenti hökumətin təklif etdiyi “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.