Dövlət Duması rusları avtomobillə sərhədi keçmək üçün tarix və vaxt sifariş etməyə məcbur edən qanun layihəsinə baxacaq. Yeni qayda martın 1-dən qüvvəyə minəcək.
Ednews TASS-a istinadən xəbər verir ki, Dövlət Duması "Rusiya Federasiyasında avtomobil yolları və yol fəaliyyəti haqqında" qanuna Rusiya sərhədini avtomobil yolu ilə keçmək üçün əvvəlcədən tarix və vaxtın saxlanmasını nəzərdə tutan dəyişikliklərə baxacaq.
Müvafiq dəyişiklikləri Dövlət Dumasının Nəqliyyat və İnfrastrukturun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev hazırlayıb.
Sürücülər Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin tabeliyində olan elektron daşıma sənədlərinin dövlət informasiya sisteminin platforması vasitəsilə tarix və vaxtı rezerv edə biləcəklər.
Xidmət ödənişsiz göstəriləcək.
Ərizəçi artıq rezervasiya edilmişlər istisna olmaqla, istənilən tarix və vaxtı rezerv edə biləcək.
Oğuz Ayvaz