ABŞ-ın Ukraynaya 2,2 milyardlıq yeni yardım paketində hansı silahlar var? - SİYAHI - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

ABŞ-ın Ukraynaya 2,2 milyardlıq yeni yardım paketində hansı silahlar var? - SİYAHI

Dünya A- A A+
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 2.2 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Ednews Qərb mətbuatına istinadən xəbər verir ki, yeni yardım paketinə aşağıdakı silah-sursat və hərbi ləvazimatlar daxildir:
 
-HIMARS (YARS) üçün əlavə sursat;
 
-155 mm-lik artilleriya və 120 mm-lik minataatanlar üçün əlavə mərmilər;
 
-Pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün termal nişangahlar;
 
-190 ədəd ağır pulemyot;
 
-181 ədəd minaya qarşı qorumalı (MRAP) zirehli maşın;
 
-250 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi;
 
-2000 ədəd zireh əleyhinə raket;
 
-“Claymore” piyada əleyhinə mina;
 
-Əlavə hərbi təchizat, dəbilqə və sahə avadanlıqları;
 
-Zenit silah sistemləri və onlar üçün döyüş sursatı;
 
-Qərb istehsalı HHM sistemlərini, raketləri və radarları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə inteqrasiya etmək üçün lazımi avadanlıq;
 
-HHM sistemləri üçün generatorlar;
 
-Pilotsuz uçuş vasitələri;
 
-4 ədəd hava müşahidə radarı;
 
-PUMA PUA-ları;
 
-İdarə edilə bilən raketlər;
 
-Təhlükəsiz rabitə vasitələri;
 
-Tibbi ləvazimatlar;
 
-Təlim, texniki xidmət.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...