ABŞ dövlət katibi Entoni Blinken Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardımın 185 milyon dollara yüksəldildiyini açıqlayıb.
Ednews euronews-a istinadən xəbər verir ki, Çavuşoğlu və Blinken helikopterlə Hatay vilayətində təbii fəlakətin vurduğu ziyana baxış keçiriblər.
Blinken əslində NATO-nun genişlənməsi və digər məsələlərlə bağlı danışıqlar aparmaq üçün Türkiyədədir, lakin zəlzələnin yaratdığı faciə planlaşdırılan səfərə bir qədər kölgə saldı.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə və Suriyanın şimalında baş verən zəlzələdə 47 mindən çox insan həlak olub və bu rəqəmlər yekun deyil.
Zinyət