Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri erməni isteblişmentini isterikaya salıb.
Ednews xəbər verir ki, bu fikirləri sosial şəbəkədə erməni politoloq Tevos Arşakyan yazıb.
Onun sözlərinə görə, maskalar atılıb, Moskva açıq-aşkar Bakıya doğru irəliləyir və Lavrov oradan İrəvanı hədələyir:
“Əslində Ermənistan Rusiyanı cəzalandıracaq, ya da əksinə olacaq”.
Arşakyan hesab edir ki, Lavrov Rusiyanın əhəmiyyətini açıq-aşkar artırır:
“Ermənistanın isə ABŞ, Fransa, Hindistan və ya Aİ kimi güclü tərəfdaşlara ehtiyacı var”.
Politoloqun fikrincə, Ermənistan hakimiyyəti özünü incimiş tərəf kimi tutmamalıdır:
“Öküzün buynuzundan tutaraq Moskvaya yerini göstərməlidir”.