Rusiya və Çin liderlərindən nüvə silahından istifadə ilə bağlı BİRGƏ BƏYANAT - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Rusiya və Çin liderlərindən nüvə silahından istifadə ilə bağlı BİRGƏ BƏYANAT

Dünya A- A A+
Rusiya və Çin qalib tərəfin olmayacağı nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu bəyan edərək, bütün nüvə güclərini öz ərazilərindən kənarda silah yerləşdirməməyə çağırıb. 
 
Ednews “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin birgə bəyanatında qeyd olunub. 
 
“Tərəflər bir daha bəyan edirlər ki, nüvə müharibəsində qalib ola bilməz və bu, heç vaxt baş verməməlidir”, - bəyanatda qeyd olunub. 
 
Bundan əlavə, sənəddə tərəflər Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) üzrə öhdəliklərinə sadiq olduqlarını təsdiqləyib və bu Müqavilənin qorunması və möhkəmləndirilməsi məqsədilə “səyləri əlaqələndirməyə davam edəcəklərini” vəd ediblər. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...