Pakistanda zəlzələ qurbanlarının sayı ARTDI - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Pakistanda zəlzələ qurbanlarının sayı ARTDI

Dünya A- A A+

Əfqanıstanda dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı artıb.

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Pakistanın Əfqanıstanla sərhədə yaxın Xeybər-Paxtunxva əyalətində güclü hiss olunub.

Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox insan isə yaralanıb. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

Bundan əvvəl Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfərin həlak olması, ümumilikdə 4 nəfərin ölüdüyü məlum idi.

İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.

ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad və Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...