Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb

Dünya A- A A+
Ərdəbilli sənətçi və yazıçı Hüseyn Həsənnejad anası ilə birlikdə Ərdəbil kəndlərində uşaqlara Azərbaycan dilində kitablar paylayıb. 
 
Ednews xəbər verir ki, bundan öncə də güneyli sənətçi oxşar mədəni aksiyalar keçirib və Azərbaycan kəndlərində uşaqlara Ana dilinə rəğbət yaratmaq üçün Azərbaycan dilində kitab paylama kampaniyası keçirmişdi.
 
O, Xoyda baş verən zəlzələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satıb onlara yardım edib. 
 
"Anamın əhval-ruhiyyəsini sevirəm. Xəstəliyinə baxmayaraq, uşaqlara türkcə kitab hədiyyə etməklə yeni günəş ilinin ilk gününü başladı" - deyə güneyli sənətçi özünün sosial media hesabında yazıb.  


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...