Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin düşdüyü çıxılmaz durumla bağlı bir sıra açıqlamalar verib. O, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlardan danışarkən etiraf edib ki, bu əməliyyatlar Rusiyada bəzi problemləri üzə çıxarıb.
“Ukraynada hərbi əməliyyatlar onu göstərdi ki, Rusiyada bəzi qurumlar buna hazır deyilmiş”.
Ednews Rusiyanın teleqram kanallarına istinadən bildirir ki, Medvedevin digər etirafı ölkəsinin dünyada təklənməsi ilə bağlı olub.
“Biz unikal vəziyyətdəyik. Bunu nə ilə müqayisə edəcəyimi də bilmirəm. 1920-1930-cu illərdə Sovet İttifaqı. O zaman Varşava Müqaviləsi yarandı. Çar rejimi, imperiya olanda da bizim müttəfiqlərimiz var idi, onlar dəyişdi – Almaniya, Fransa, fərqi yoxdur, sonra Antanta –biz tək deyildik. Ancaq indi ən azı 150 ildə ilk dəfədir ki, biz təkik”.