“ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub. İran dəstəkli qüvvələrin yerləşdiyi bazalara cavab zərbələri endirilib. ABŞ Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri bölgədəki hava məkanında dövrə vurub. İki tərəfdən itkilərin olduğu bildirilib. Bölgədə böyük gərginlik var”.
Bunu Ednews-a açıqlmasında deputat Elşad Mirbəşiroğlu ABŞ-ın Suriyadakı bazasına edilən hava hücumundan sonra Pentaqonun İranın dəstəklədiyi qüvvələrə havadan zərbələr endirməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxtəlif coğrafiyalarda öz maraqlarını təmin etmək üçün ya birbaşa, ya da dolayı yolla münaqişələr baş verir.
“Yaxın Şərqdə müxtəlif ölkələr özlərinin geosiyasi maraqlarını təmin etməyə çalışırlar. Bu prosses əsasən, ABŞ-ın başında dayandığı Qərb koalisiyanın maraqlarına cavab verirdi. 2011-ci ildən başlayaraq Yaxın Şərq ölkələrində müxtəlif hərəkatları dəstəkləməyə başladılar. Düzü, bu hərakatları onlar özləri edirdi və bu böyük bir layihə idi. Bu layihədə ABŞ dünyada olan gücünü göstərməyə çalışırdı. Bu baxımdan Suriya strateji ölkədir. Çünki, Suraiyanın Hərbi Dəniz Donamasında Rusiyanın gəmiləri var. Məqsəd o idi ki, o gəmilər donanmadan hansısa yolla çıxarılsın ki, Rusiya orada olan qüvvəsini itirsin.
İranla ABŞ arasında baş verən hadisələr Suriyada olan mövqelərini gücləndirmək üçündür. Bu gələcəkdə geniş miqyaslı müharibəyə səbəb olmayacaq. Çünki, bu iki ölkə aralarında müharibə aparmayacaq. Hazırda, ABŞ Suriyada kifayət qədər zəif mövqeyə malikdir. O ərazilərdə söz sahibi Rusiya, Türkiyə, İrandır. Cəbhənin bir tərəfində Rusiya, Türkiyə, İran digər tərəfində isə ABŞ-dır”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, İranın bugünkü davranışları III Dünya Müharibəsini Ukrayna cəhbəsindən Yaxın Şərqə inteqrasiya edə bilər.
“İstənilən halda İranın ABŞ-a qarşı potensialı zəifdir. İngiltərə İsrail və ABŞ ilə koalisiya təşkil etsə, İrandakı 44 illik molla rejiminin süqutunu tezləşdirər. ABŞ ilə İran arasında olan münasibətin daha da gərginləşməsi son zamanlar molla rejiminin nüvə nüvədən istifadə etməsidir. Bu məsələ ilə bağlı İsrail və ABŞ arasında intensiv müzakirələr gedir. ABŞ-la İran arasında müharibənin olacağı müzakirə mövzusu belə deyil. ABŞ və İsrailin İran ərazisindəki nüvə obyektlərinə perventiv hava zərbələri endirəcəyini istisna etməyək. İran hazırda uranın zənginləşdirilməsini 84 faizə çatdırıb. Belə zərbələrin yaxın həftələrdə, hətta günlərdə baş tuta biləcəyi mümkündür”.
Qeyd edək ki, bu hadisələrin fonunda ABŞ prezidenti Co Bayden İran hakimiyyətinə xəbərdarlıq edib. O, bu barədə Ottavada Kanadanın Baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ Tehrana bağlı qrupların hücumlarına cavab verməyə hazırdır.
“Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır və bunu istəmir. Amma biz xalqımızı qorumaq üçün qətiyyətli zərbə endirəcəyik. Necəki bu dünən gecə baş verdi".
Aysel Şahmar