Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər HƏBS olunub - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər HƏBS olunub

Dünya A- A A+
Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluqlara yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb.
 
Ednews  “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
 
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
 
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. Zəlzələdə 50 mindən çox insan həyatını itirib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...