Bayden yenə özünü GÜLDÜRDÜ: Kanadanı Çinlə qarışdırdı - VİDEO - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bayden yenə özünü GÜLDÜRDÜ: Kanadanı Çinlə qarışdırdı - VİDEO

Dünya A- A A+

ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.

Ednews xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.

“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk.

Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram... Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...