SON DƏQİQƏ - Türkiyədə azərbaycanlı prezidentliyə namizəd oldu - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

SON DƏQİQƏ - Türkiyədə azərbaycanlı prezidentliyə namizəd oldu

Dünya A- A A+
ATA Alyansının prezidentliyə namizədi, əslən azərbaycanlı olan Sinan Oğanın imzası 100 minə çatıb. 
 
Ednews  xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Ali Seçki Şurası (YSK) yayıb.
 
Mənbə yazır ki, Sinan Oğan Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Məhərrəm İncədən sonra dördüncü prezidentliyə namizəd olub.
 
Ali Seçki Şurasının (YSK) seçki təqviminə əsasən, 100 min imza ilə prezidentliyə namizədlər üçün martın 22-də başlayan imza prosesi 27 mart saat 20:00-dək davam edəcək.
 
Martın 28-i saat 08:00-da prezidentliyə namizədlərin siyahısı Rəsmi Qəzetdə dərc olunacaq və apellyasiya prosesi başlayacaq. Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq.
 
Xatırladaq ki, sabiq millət vəkili Sinan Oğan Azərbaycan kökənlidir. O, 1967-ci ildə Naxçıvanla sərhəddə yerləşən İğdır bölgəsində anadan olub. 
 
Sinan Oğan bir neçə il Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsindən çalışıb. 
 
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...