İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti BƏRPA OLUNDU - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti BƏRPA OLUNDU

Dünya A- A A+

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib. 

Ednews xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib. 

“Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq”, - diplomatik nümayəndəlikdən bildiriblər. 

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin məhkəmə islahatının təsdiqini azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə ümummilli tətilin başa çatdığını elan edib.

***

19:46

İsraildə davam edən etirazlar səbəbi ilə ölkənin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb. 

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. 

Məlumata görə, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır. 

Tətil dövründə konsulluq xidmətlərinin də göstərilməyəcəyi qeyd edilib. 

Qeyd edək ki, İsraildə ötən gündən etibarən əhali Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz edir və bunun üçün keçirilən ümummilli nümayişdə iştirak edirlər.  

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...