Putin dünyanı nüvə müharibəsinə sürükləmək istəyir Ekspertlərdən HƏYACAN TƏBİLİ

Dünya 17:00 29.03.2023

Qərb mediası Putinin Belarusiyaya nüvə silahı yerləşdirməsi haqqında fikirlərində ciddi olduğunu qeyd edir. Keçmiş ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi olan Con Bolton açıqlamasında bildirib ki, Putin Belarusiyaya həqiqətən də nüvə silahı yerləşdirə bilər. Lakin onun ABŞ-a qarşı nüvə təhdidini isə sayıqlama adlandırıb.

Ehtimallar nə dərəcə doğrudur və baş verərsə, hansı hadisələr cərəyan edə bilər? Rusiya liderinin təhdidləri özünü doğrulda bilərmi?

“Putin nüvə şantajından istifadə edir”.

Bu fikirləri məsələ ilə bağlı Ednews-a danışan ukraynalı siyasi ekspert Aleksandr Merejko səsləndirib.

O, qeyd edib ki, beynəlxalq hüquq baxımından 2005-ci il nüvə terrorizmi aktlarına qarşı mübarizə haqqında Konvensiya, Putinin təhdidləri nüvə terrorizmi aktıdır. 

“Bununla belə, Putin nüvə silahından çətin istifadə etsin, əgər o bunu etsə, hətta Hindistan və Çin kimi ölkələr də ondan üz döndərəcək. Putin tamamilə təcrid olunmaqdan qorxur”.

Hərbi ekspert Ədalət Verdiyev isə Rusiyanın nüvə silahlarının Belarusiyada yerləşdirdiyi barədə xəbərləri təsdiqləyib.

“Belə planlar mövcuddur. Lakin bu silahlar Belarusiya ərazilərinə ən tez iyul ayında yerləşdirilə bilər. Çünki müəyyən anbar tipli infrastruktur tələb olunur. Bunların inşasına başlanılıb. Yaxın gələcəkdə yəni təxminən 3 ay sonra belə bir silahları Belarusiya ərazisidə görə biləcəyik. Lakin bu addımlar NATO, Aİ, ABŞ, Çin və Belarusiyanın qonşusu olan dövlətlər, xüsusən, Ukrayna tərəfindən dəstəklənmir.  Hətta Ukrayna silahların Belarusiyada yerləşdirilməsi ilə bağlı sərt bəyanətlər səsləndirib. Bu gün BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Belarusiya ərazisində nüvə silahları ilə bağlı iclas keçiriləcək. İclasın keçirilməsini Ukrayna tərəfindən irəli sürülüb”. 

Ekspertin sözlərinə görə, Rusiya dünyanı nüvə cəhənnəminə çevirmək üçün növbəti addımını atıb. Bu prossesin qarşısını vaxtında alınmasa bu ilin sonunda Ukrayna ərazisində miqyası böyük olan və dünyanı narahat edən hadisələri görəcəyik.

“Ümumiyyətlə, bu addım təhlükəli addımdır. Nüvə silahının tətbiqi hər iki tərəf üçün çox acınacaqlı nəticələr vədd edir. Nüvə müharibəsində kiminsə qalib gələcəyini düşünmürəm. Rusiya Belarusiyada “İsgəndər” raketini daşıya biləcək 10 təyyarə yerləşdirib. Bütün bunlar Rusiyanın dünyanı nüvə müahribəsinə sürükləmək niyyətindən xəbər verir. Bu gün keçiriləcək BMT-nin Təhlükəsizlik Şurasının iclasında hansısa qərarın əldə olunacağına inanmıram. Amma Qərb, NATO, Aİ, ABŞ böyük ehtimalla bu dəfə Rusiya və Belarusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiq edəcəyi münkündür”.

“Rusiyanın məqsədi nüvə silahlarının idarə etməkdir. Rusiya bunu edərkən Belarus mümkün vəzifələrin icraçısı olacaq. Bunu üç məqsədə çatmaq üçün edir”.

Ukraynalı hərbi ekspert Vadim Tryuxan sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Belarusiya ərazisində taktiki nüvə başlıqlarının yerləşdirilməsini açıq elan edib.

“Söhbət Hibrid formadan gedir. Bir tərəfdən birbaşa qeyd edib ki, Belarus Hərbi Hava Qüvvələrinin nüvə blokadaları daşıya bilən on təyyarəsi hazırdır. Onlar üçün anbarlar tikilir və iyulun 1-dək həmin anbarlar hazır olacaq. Bu o deməkdir ki, Belarus Hibrid nüvə dövləti olacaq. Yəni Moskva bu silahı idarə edəcək və Belarus mümkün vəzifələrin icraçısı olacaq. Bu, üç məqsədə çatmaq üçün edilir.

Birincisi Putin özü üçün nüvə müttəfiqi yaradır. Çünki başqaları müttəfiqləri yoxdur. Bu, Lukaşenkonun əlləri ilə ən çirkli hərbi işləri görmək üçün lazımdır. Üstəlik, bunu öz zombiləşmiş xalqı qarşısında ittifaqların yaradıcısı kimi görünmək üçün edir. İkincisi Putinin Çinlə danışıqlar mövqeyini gücləndirmək üçün buna ehtiyacı var. Çin isə ona topal ördək kimi qəbul edir və əvəzində heç bir şey vermədən Rusiyadan tullantı qiymətləri ilə resursları çəkir. Üçüncüsü və əslində ən vacibi Putin Belarusa tam nəzarət edəcək. Bu, onun top-təbliğatçılarına qələbə imicini yaratmağa imkan verəcəkdir. Güya ki, Ukraynadakı "xüsusi əməliyyat" sayəsində Belarusla bütünləşdik. 9 milyondan çox insanın əksəriyyətini öz sakinləri kimi zombiləşdirməyə çalışacaqlar. Bu addımlara səfərbərlik resursları və başqa şeylər daxildir. Əlbəttə ki, bu həmdə Qərbə şantaj elementidir. Ancaq bu ikinci dərəcəli hədəf, bir növ yayındırma manevridir”.

Aysel Şahmar

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı