Ermənistan məhkəməsi Putinin həbsinə dair orderi qanuni hesab etdi – Rusiya XİN isə… - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Ermənistan məhkəməsi Putinin həbsinə dair orderi qanuni hesab etdi – Rusiya XİN isə…

Dünya A- A A+
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin Haaqada Rusiya Prezidenti Vladimir Putin barəsində çıxardığı həbs orderinə dair fikirlərinə münasibət bildirib. Ednews xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu barədə danışıb. Zaxarova bildirib ki, Ermənistan məhkəməsinin məsələ ilə bağlı mövqeyi Rusiya ilə Ermənistan arasında yüksək səviyyəli təmaslarda müzakirə mövzusudur: “Bu təmasların detallarını açmağı lazımi hesab etmirəm. Əlbəttə ki, güman edirik ki, bu süjet müttəfiqlik və qarşılıqlı məqbul əsasda nizamlanacaq". Qeyd edək ki, Haaqa məhkəməsi Putin barədə həbs orderi verib. Ermənistan məhkəməsi isə qərarı ölkə konstitusiyasına uyğun hesab edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...