Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb

Dünya A- A A+

Türkiyə martın 24-də Danimarkada müqəddəs “Qurani-Kərim”ə və Türkiyə bayrağına qarşı törədilmiş nifrət cinayətinin Ramazan ayında yenidən törədilməsinə icazə verilməsini sərt şəkildə qınayır.

Ednews-un verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bir daha vurğulayırıq ki, ifadə azadlığı adı altında bu alçaq hərəkətə yol verilməsini qəbul etmirik və bu yanaşmaya heç bir zaman haqq qazandırılması mümkün deyil. Bu cür əməllərin qarşısının alınması üçün hüquqi və inzibati tədbirlərin qeyri-adekvatlığı və siyasi iradənin olmaması, günahkarların cəzasız qalmasının yeni təxribatlara rəvac verdiyi aydın görünür”, deyə bəyanatda bildirilib.

Həmçinin əlavə olunub ki, məsələ ilə bağlı Danimarkanın Türkiyədəki səfiri XİN-ə çağırılıb və ona məsələ ilə bağlı etiraz bildirilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...