İran və Səudiyyə Ərəbistan qarşılıqlı olaraq səfirlik açmaq barəsində razılığa gəliblər.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və həmkarı Əmir Feysəl bin Fərhan Əl Səud birgə bəyanat veriblər.
XİN başçıları iki ölkə arasında uçuşların bərpa olunacağını açıqlayıblar.
Səudiyyə Ərəbistanının xarici işlər naziri iranlı həmkarını Ər-Riyadda danışıqlar aparmağa dəvət edib.