Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş verən zəlzələdən sonra bağlanan məktəblər aprelin 24-də açılacaq.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Mahmut Özer bildirib.
Onun sözlərinə görə, 81 bölgədə tədris bərpa olunacaq.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə güclü zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ölənlərin sayı 50 min 500 nəfərə çatıb.