Erməni deputat Azərbaycanın bayrağının yandırılmasına görə, dünya ictimaiyyətindən üzr istəyib.
Ednews xəbər verir ki, bu barədə Ermənistanın Teleqram kanallarında yayımlanıb.
Ermənistanın Mülki Müqavilə Partiyasının üzvü, deputat Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətdən üzr istəyib.
“Bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq ictimaiyyətdən üzr istəyirəm”, - deyə erməni deputatı qeyd edib.