Meksikada silahlı şəxslər akvaparka hücum çəkərək 8 nəfəri güllələyib.
Ednews xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Quanaxuato ştatında Kortasar şəhərində baş verib.
Nəticədə 7 yaşlı uşaq, 3 qadın və 3 kişi ölüb, 1 nəfər isə ağır yaralanıb. Silahlı şəxslər akvaparkda ziyarətçi qruplarından yalnız birinə atəş açıb, daha sonra müşahidə kamerasını sıradan çıxararaq hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Meksika uzun illərdir narkocinayətlərin yol açdığı zorakılıqdan əziyyət çəkir. Meksika hökumətinin 2006-cı ildən narkotacirlərlə silahlı mübarizəyə başlamasından sonra ötən dövr ərzində 350 minə yaxın insan ölüb.
Quanaxuato ştatı ölkənin ən kriminal regionlarından biri sayılır. Burada “Santa Rosa de Lima” və “Jalisco Nueva Generacion” rəqib cinayətkar qruplaşmalar fəaliyyət göstərir.