Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi Bağdada rəsmi səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əl-Sahafa məlumat yayıb.
Onun sözlərinə görə, Kulebanın İraqın baş naziri Məhəmməd əl-Sudani və İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşü nəzərdə tutulub. Tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcək, müxtəlif sahələrdə əməkdaşlığa dair məsləhətləşmələr aparacaqlar.
Ukrayna tərəfi hələlik bu məlumatı şərh etməyib.