Türkiyədə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Elazığ şəhərinin Sivrice rayonunda 4,6 bal gücündə olub.
Bildirilib ki, yeraltı təkanların ocağı 11,11 km dərinlikdə olub.
Təbiət hadisəsi Bakı vaxtı ilə 02:44-də qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.