Rusiyada mədəniyyət nazirinin müavini Olqa Yarilova həbs olunub.
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Basmann məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə saxlanılan Rusiya mədəniyyət nazirinin müavini Olqa Yarilova barəsində həbs-qətimkan tədbiri seçib.
O, aprelin 19-da Moskvada saxlanılıb. O.Yarilova iyunun 16-dək paytaxtın istintaq təcridxanasına göndərilib. O, istintaqın tələbi ilə həbs edilib. Onun müdafiə tərəfi ev dustaqlığı istəyib, lakin məhkəmə bunu rədd edib.
Yarilova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsi (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) ilə ittiham olunub.