“Ermənistan növbəti yanlış addım atıb Rusiyadan əl çəksə, o zaman ölkəmizi fəlakət gözləyir”.
Ednews xəbər verir ki, bunu Ermənistan Hesablama palatasının sədri Nairi Sarqsyan erməni televiziyasının efirində deyib.
O bildirib ki, ermənilərin 70 faizindən çoxu Rusiyanın hesabına yaşayır.
“Rusiya qətiliklə bizim yaxşı dostumuz deyil! Amma Ermənistana pul köçürmələrinin əsas hissəsi Rusiyanın özündən gəlirsə, demək olar ki, ermənilərin 70 və daha çox faizi Rusiya Federasiyasının hesabına yaşayır.
Qərb bizə onların mallarını ixrac etməyi qadağan edir. Belə olan halda zavodlarımız fəaliyyətini dayandıracaq. Minlərlə insanlarımız işsiz qalacaq” – deyə o bildirib.