Rusiya Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum edib.
Ednews xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, 10-a yaxın “Şahed-136” tipli PUA-dan istifadə edilib.
Onlardan 8-i ukraynalı müdafiəçilər tərəfindən məhv edilib. Ümumilikdə son sutka ərzində 23 hava zərbəsi endirilib.
Bildirilib ki, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Hücum nəticəsində itki və dağıntı olmayıb.