Rusiyada "Yoşkar-Olada" adlı internat məktəbində yanğın hadisəsi baş verib.
Ednews xəbər verir ki, bu barədə "ria.ru" məlumat yayıb.
Bildirilib ki, yanğın üçmərtəbəli binanın çardağında başlayıb, dam örtüyü 250 kvadratmetr sahədə yanır. Hazırda yanğınsöndürmə briqadaları qısa müddətdə yanğın yerinə cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.