Aprelin 24-də İstanbul-Adıyaman reysi ilə “Türk Hava Yolları” aviakompaniyasının milyardıncı sərnişini uçuş həyata keçirib.
Ednews Anadolu agentliyinə istinadla xəbər verir ki, Mustafa Balcı adlı milyardıncı sərnişini milli aviadaşıyıcının rəhbəri Əhməd Bolat yola salıb və ona 1 milyon mil səyahət kuponu hədiyyə edib.
Əhməd Bolat 1933-cü ildə əsası qoyulan aviakompaniyanın hazırda 2 milyard sərnişin həddinə çatmağı hədəflədiyini bildirib:
“Bir milyard sərnişin həddinə 90 il ərzində nail olduq. Artıq səkkiz ildən sonra – 2031-ci ildə bu göstəricini iki dəfə artırmağı planlaşdırırıq”.