Rusiya müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-polkovnik Mixail Mizintsev vəzifəsindən azad edilib.
Ednews “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin hərbi müxbiri Aleksandr Sladkov “Telegram”da yazıb.
Sladkov bu qərarın verilmə səbəbi barədə məlumatı olmadığını qeyd edib.
Müxbir həmçinin Mizintsevin vəzifədə bir ildən az müddət ərzində qaldığını xatırladıb və onun işdən çıxarılmasının səbəbi kimi qəfil yaranan böyük bir narazılığın olması fikrini irəli sürüb.
Qeyd edək ki, Rusiya KİV-də bəzi mənbələr bu qərarın verilməsinə səbəb kimi ölkə Prezidenti Vladimir Putinin bu yaxınlarda ön cəbhəyə səfiri zamanı aşkar olunan çatışmazlıqları göstərir.
Xatırladaq ki, Mizintsev bu vəzifəyə ötən ilin 24 sentyabr tarixində təyin edilib.