"Hindistandan alınan silahlar Ermənistana buraxılmır. Buna Kreml mane olur".
Ednews xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində “Mənim addımım” fraksiyasını təmsil edən Qayane Abramyan səsləndirib.
Onun sözlərinə görə, Rusiya Ermənistan-İran sərhədində yüklərin qarşısını kəsib. Məlumatı İrəvanlı politoloq Stepan Qriqoryan da təsdiqləyib.
Xatırladaq ki, Ermənistanın İranla sərhədi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən mühafizə olunur.