Rusiyanın müdafiə naziri Ukraynanın gözlənilən əks-hücumuna və həm Moskva, həm də Kiyev qüvvələrinin döyüş sursatı ilə bağlı məhdudiyyətlərlə üzləşdiyi üçün dövlət şirkətini roket istehsalını iki dəfə artırmağa çağırıb.
Ednews “Əl – Cəzirə” nəşrinə istinadən bildirir ki, nazir Sergey Şoyqu mayın 2-də ordu ilə keçirdiyi yüksək səviyyəli görüşdə qeyd edib ki, dövlətə məxsus Taktiki Roketlər Korporasiyası öz müqavilələrini vaxtında yerinə yetirir. Lakin Şoyqu əlavə edib ki, hazırda ən qısa müddətdə yüksək dəqiqlikli silahların istehsalını iki dəfə artırmaq lazımdır.
Hərbi analitiklər Rusiyanın Ukraynaya qarşı roket zərbələri getdikcə azaldığı və miqyası kiçildiyi üçün yüksək dəqiqlikli döyüş sursatlarının azalıb-azalmadığını müəyyən etməyə çalışırlar.
Müharibənin Tədqiqi İnstitutu Şoyqunun roket istehsalı ilə bağlı şərhləri, ehtimal ki, onun nazirliyinin Rusiya qüvvələrini sursatla kifayət qədər təchiz edə bilməyəcəyi iddialarından yayınmaq, eləcə də Ukraynanın yaxınlaşan əks-hücumuna dair narahatlıqlar fonunda fəal görünmək üçün nəzərdə tutulub.
Əkbər Şəbəndəyev