Bakı və İrəvan Rusiyada görüş keçirməyə hazır olduqlarını təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə danışıb.
Sözçü Azərbaycan və Ermənistan XİN rəhbərləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan danışıqlara da toxunub:
“Ünsiyyət Rusiya Federasiyasının iştirakı olmadan baş verir, ona görə də prosesin gedişatı haqda birbaşa iştirakçıların özlərindən informasiya əldə etmək olar. Nəticələrə əsasən şərh vermək imkanımız olacaq".