“Bu proseslərdə Ermənistan ciddi rola malikdir”.
Bu sözləri Ednews-a açıqlaması zamanı politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, son zamanlar araşdırmalar nəticəsində bəlli olub ki, Qərbin xüsusi ilə ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalarda Ermənistanın əli var.
“Bu işlərdə Ermənistan ciddi rola malikdir. Bəzi şirkətlər Rusiyaya hərbi sənayə kompleksinə lazım olan elektronika cihazlarından tutmuş, “çipsi”-yə qədər olan qidaları Ermənistana gətirir. Daha sonra isə yenidən Rusiayaya göndərilir. Bunun müqabilində Ermənistan böyük pullar qazanır. Son illərdə Ermənistanın ümumidaxil məhsulunun artmasının əsas səbəbi budur”.
Politoloq Ermənistanın daha bir hərəkətinin ifşa olunduğunu vurğulayıb:
“ABŞ-ın əlində Ermənistana qarşı ciddi əsaslar var. ABŞ istəsə Ermənistana ciddi sanksiyalar tətbiq edə bilər. Bu gücü əldə saxlamaqla Ermənistan hökümətinin Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün mətnin razılışdırlması prosesində istifadə edir. Lakin bundan narahat olan qüvvələr var”.
Aysel Şahmar