İsveç Prokurorluğu ifrat sağçı, İslama qarşı düşmən münasibəti ilə tanınan, Türkiyə səfirliyi önündə “Qurani-Kərim”i yandıran Rasmus Pauldanın qiyabi həbsi ilə bağlı qərar çıxarıb.
Ednews xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.
Belə ki, R.Pauldan İsveç sərhədini keçən anda hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq.
Qeyd edək ki, R.Pauldan Türkiyənin İsveçdə və Danimarkadakı səfirlikləri qarşısında Quranı yandıraraq böyük gərginliyə səbəb olmuşdu.
Hazırda o, Danimarkada yaşayır.
Nurlana