İranlı qadın siyasi fəal Sepide Qelyan səsləndirdiyi şüara görə yenidən həbs cəzasına məhkum edilib.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, S.Qelyan həbsdən çıxandan sonra elə cəzaçəkmə müəssisəsinin qarşısında “Bədheybət Xameneyi, səni torpağa basdıracağıq!” şüarı səsləndirib. Bundan sonra ona daha iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.