Tokayev mayın 9-da Rusiyaya rəsmi səfər edəcək.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mayın 8-9-da Rusiyaya işgüzar səfər edəcək.
Ednews xəbər verir ki, bu haqda onun mətbuat katibi Ruslan Jeldibay Facebook-da bildirib.
Onun sözlərinə görə, Tokayev Tver vilayətində Rjev memorialını ziyarət edəcək və Böyük Vətən Müharibəsinin ən böyük döyüşlərindən birində həlak olan 100-cü və 101-ci atıcı diviziyaların qazax əsgərlərinin xatirəsini ehtiramla yad edəcək.
Bundan əlavə, Qazaxıstan lideri əmisi Qasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığı ziyarət edəcək.
Nurlana Hacıyeva