Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.
Ednews ntv-yə istinadən xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 12-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhər olub. Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 190 olaraq qeydə alınıb.
Sarayevo havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.
Oğuz