Ukrayna Prezident Ofisinin əməkdaşı Oleksiy Titarenko müharibədə həlak olub.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Tvitterdə paylaşım edib.
Bildirilib ki, o, Donetsk vilayətinin cəbhə xəttində döyüşürdü.
O.Titarenko Prezident Ofisinin Daxili və Humanitar Siyasət Direktorluğunda baş məsləhətçi vəzifəsində çalışıb.