“Ukrayna Silahlı Qüvvələrinin 3-cü ixtisaslaşdırılmış briqadasının hücum əməliyyatları nəticəsində rus ordusunun 72-ci briqadasının bölmələri darmadağın edilib, briqadanın 6 və 8-ci bölükləri, kəşfiyyat bölüyü tamamilə məhv edilib”.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bunu "Azov" alayının komandiri Andrii Biletskyi deyib.
O bildirib ki, böyük sayda zirehli texnika məhv edilib, xeyli sayda rus hərbçisi əsir götürülüb:
“Hücum əməliyyatları 3 km enində və 2,6 km dərinlikdə olan zolaqda həyata keçirildi, bütün ərazi rus işğalçılarından tamamilə azad edildi”.