İsrail Prezidenti İshak Hersoq Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Ednews xəbər verir ki, bu barədə İsrail Prezidenti ofisinin tviter paylaşımında qeyd olunub.
Paylaşımda vurğulanıb ki, Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdə iki ölkə arasında əlaqələrin təməlini qoyub.