Ukrayna Prezidentinin ofisi Vladimir Zelenskinin "Avroviziya-2023"ün finalında onlayn çıxışı üçün müsabiqə təşkilatçılarına müraciət etməyib.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov “Facebook” paylaşımında qeyd edib.
O, "The Times"ın məlumatının həqiqətə uyğun olmadığını qeyd edib:
"Ukrayna Prezidentinin ofisi “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçılarına finalda və ya müsabiqənin hər hansı mərhələsində Vladimir Zelenskinin onlayn çıxışı təklifi ilə müraciət etməyib".
Nikiforov paylaşımın rəylərində əlavə edib ki, Ukrayna Prezidentinin ofisi həmçinin Avropa Yayım İttifaqına (EBU) da bu məqsədlə müraciət etməyib.