Ukrayna Silahlı Qüvvələri (USQ) son sutka ərzində Donetsk istiqamətində 900-ə qədər şəhid verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Ukrayna göstərilən istiqamətdə gedən döyüşlər zamanı Uk30-dan çox zirehli texnikası, həmçinin Britaniya istehsalı olan L-118 haubitsa da daxil olmaqla üç artilleriya qurğusu məhv edilib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Soledar taktiki istiqamətində 26 hücumu barədə məlumat verib.
Ukrayna qoşunlarının rus qoşunlarını sıxışdırmaq üçün etdiyi bütün cəhdlər dəf edilib.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat başlayıb. Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyatın əsas məqsədləri kimi Ukraynanın demilitarizasiyasını və denazifikasiyasını qeyd edib.
Nurlana Hacıyeva