ABŞ məhbus mübadiləsi sazişi çərçivəsində Rusiyaya qarşı sanksiyaların məhdud şəkildə ləğvini nəzərdən keçirir.
Bu barədə CNN ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndələrinə istinadən xəbər verir.
Onların fikrincə, hazırda ABŞ-ın təcridxanalarında “yüksək rütbəli rus casusları” yoxdur, bununla əlaqədar Vaşinqton “iddia edilən rus casuslarının” saxlanıldığı ölkələrlə, o cümlədən Braziliya, Almaniya, Norveç, keçmiş Sovet ölkələri və digər ölkələrlə fəal əlaqə saxlayır. Bu səylərin məqsədi Rusiyada həbsdə olan keçmiş dəniz piyadası Paul Whelan və The Wall Street Journal-ın jurnalisti Evan Gershkoviçin azad edilməsidir.
Bundan əlavə, ABŞ rəsmiləri həbsdə olan amerikalıları azad etməyə Moskvanı hansı təkliflərin sövq edə biləcəyini görmək üçün nəzarətində rusları olmayan müttəfiqlərini sorğulayır.
Kanal xəbər verir ki, Ağ Ev həmçinin sanksiyaların yumşaldılmasının mümkünlüyü barədə də fikirləşib.
Bundan əvvəl Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Birləşmiş Ştatlar özləri keçmiş dəniz piyadası Pol Uilanın əvəzinə basketbolçu Britni Qrineri dəyişdirməyə üstünlük verirlər.
Onun sözlərinə görə, keçmiş dəniz piyadası hətta Moskva ilə məhbus mübadiləsi üçün siyahılara daxil edilməyib.
Pol Uilan 2018-ci ildə Rusiyada casusluqda ittiham edilib və Mordoviya koloniyasında cəzasını çəkməyə davam edir.
ABŞ prezidenti Co Bayden Uilanı mübadilə etmək istədiyinə inandırıb, lakin Rusiya hakimiyyəti bundan imtina edib.
Evan Gerşkoviç martın 30-da Yekaterinburqda saxlanılıb. O, casusluqda ittiham olunub. Moskvanın Lefortovo Məhkəməsi Gerşkoviçi mayın 29-dək həbs edib.
Nurlana Hacıyeva